
Honor Magic 6 Porsche Design-ın sxem fotosu təqdim edilib
Cihazlar+
15.12.2023
Emil
Dünən məlum oldu ki, Honor şirkəti Porsche Design komandası ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Honor öz yeni smartfonlarının xüsusi versiyalarını təqdim edəcək. Bu cür xüsusi versiyanı ilk əldə edəcək smartfon seriyası isə Honor Magic 6 olacaq. İnsayderlər Honor Magic 6 Porsche Design (ixtiyari ad) smartfonunun sxem fotosunu təqdim ediblər. Fotodan da görmək olar ki, smartfon Honor Magic 5 Ultimate modelinə bənzəyəcək. Sadəcə olaraq fərq ondan ibarət olacaq ki, yeni smartfonun arxa paneli üzərində Porsche avtomobilinin dizaynını xatırladan üstlük olacaq. Honor Magic 6 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
