
Honor Magic 6 RSR Porsche Design və Magic 6 Ultimate Edition premium smartfonları təqdim olunub - QİYMƏTİ
Cihazlar+
19.03.2024
Emil
Honor şirkəti Honor Magic 6 smartfon seriyasının premium modellərini təqdim edib. Söhbət, Honor Magic 6 RSR Porsche Design və Magic 6 Ultimate Edition modellərindən gedir. Təqdim edilmiş bu smartfonlar texniki göstəricilər baxımından adi Honor Magic 6 Pro ilə demək olar eynidirlər. Sadəcə olaraq premium modellərin əsas arxa kameraları fərqlidir. Bununla yanaşı premium modellər öz xarici görünüşləri ilə də adi Honor Magic 6 Pro-dan fərqlənirlər. Həm Honor Magic 6 RSR Porsche Design-da həm də Magic 6 Ultimate Edition-da ekranın kənarları əyilmiş dizaynda hazırlanıb. Honor Magic 6 RSR Porsche Design modelinin arxa panelində altı bucaqlı kamera sahəsi, Magic 6 Ultimate Edition modelinin arxa panelində isə kvadrat formalı kamera sahəsi yerləşir.

Honor bildirib ki, bu premium smartfonların arxa kameralarının çəkiliş keyfiyyətli professional kameraların çəkiliş keyfiyyətlərindən heç də fərqlənmir. Buna isə smartfonlarda olan H9800 adlı 50 MP-lik əsas arxa kamera sayəsində nail olmaq mümkün olub. Bu kamera obyektivinin ölçüsü 1/1.3 düym təşkil edir və o, dəyişkən diafraqmaya (f/1.4-f/2.0) sahibdir. Bununla yanaşı əsas arxa kamera optik stabilizasiya funksiyasını özündə birləşdirir. Honor-un bu yeni premium smartfonlarında olan daha bir üstünlük ondan ibarətdir ki, onlar LiDAR skanerinə sahibdirlər. LiDAR skaneri bu smartfonlarda daha sürətli fokuslanmanı təmin edir.

Digər texniki göstəricilər baxımından bu smartfonlar Honor Magic 6 Pro ilə eynidirlər. Onlar artıq Çində satışa çıxıblar. Honor Magic 6 Ultimate Edition modeli iki versiyada satışa çıxıb. 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiya 972$-a, 16 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiya isə 1070$-a satılır. Honor Magic 6 RSR Porsche Design modelinə gəldikdə, o, bir versiyada satışa çıxıb. Söhbət, 24 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyadan gedir. Onun qiyməti 1389$ təşkil edir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Honor Magic 6 Porsche Design smartfonunun fotosu təqdim edilib
Honor şirkətinin 18 mart tarixində təqdim edəcəyi yeganə smartfon Honor Magic 6 Ultimate Edition olmayacaq. Belə ki, həmin tarixdə həmçinin Honor Magic 6 Porsche Design smartfonu da təqdim ediləcək.

Cihazlar+
Honor Magic 6 Ultimate Edition-un fərqləndirici özəlliklərindən biri açıqlanıb
Honor Magic 6 Ultimate Edition smartfonunun təqdimatına sayılı günlər qalıb.

Cihazlar+
Honor Magic 6 Ultimate Edition-un yeni fotoları təqdim olunub
Digital Chat Station ləqəbli məşhur insayder 18 mart tarixində təqdim olunacaq Honor Magic 6 Ultimate Edition smartfonunun yeni fotolarını təqdim edib.

Cihazlar+
Honor Magic 6 Ultimate Edition-un əsas kamerası barəsində rəsmi məlumat verilib
Artıq məlumdur ki, Honor şirkəti 18 mart tarixində Honor Magic 6 Ultimate Edition smartfonunu təqdim edəcək.

Cihazlar+
Honor Band 9 smart qolbağı təqdimata hazırlaşır
Honor şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, 18 mart tarixində Honor Magic 6 Ultimate Edition smartfonunu təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
