Logo
    main-post-cover

    Honor Magic 6 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    26.12.2023
         Son bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti Honor Magic 6 smartfon seriyasının təqdimatını anons edib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş rəsmi posterə əsasən Honor Magic 6 smartfon seriyası 10 yanvar tarixində Çində təqdim olunacaq. Honor Magic 6 smartfonları ilə yanaşı şirkət həmçinin MagicOS 8.0 istifadəçi interfeysini də təqdim edəcək. Qeyd etmək lazımdır ki, Honor Magic 6 smartfon seriyasına minimum 4 modelin daxil olacağı gözlənilir. Onlardan biri isə Porsche Design komandası ilə birgə hazırlanmış xüsusi model olmalıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor Magic 6 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib | Technote