main-post-cover

    Honor Magic 6 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları rəsmi şəkildə təsdiqlənib

    Cihazlar+
    26.10.2023
    Emil Nəcəfov
         Artıq sirr deyil ki, Honor şirkəti hal hazırda Magic 6 smartfon seriyası üzərində çalışır. Hətta bu seriyaya daxil olacaq Honor Magic 6 Pro-nun bir neçə gün bundan öncə real fotoları da ortaya çıxmışdı. İndi isə şirkət Honor Magic 6 smartfon seriyası barəsində bir vacib məlumatı təsdiqləmiş oldu. Belə ki, şirkət rəsmi şəkildə bildirib ki, Honor Magic 6 smartfonları yenicə təqdim edilmiş Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar.
         Şirkət həmçinin bildirib ki, Honor Magic 6 smartfonlarının istifadəçiləri Snapdragon 8 Gen 3 prosessorunun süni zəka imkanlarından istifadə edərək özləri üçün YOYO adlı fərdi rəqəmsal köməkçisini yarada biləcəklər. Sözügedən rəqəmsal köməkçi isə öz növbəsində istifadəçilərin suallarına cavab verə və smartfonda yerləşən media fayllar əsasında qısa videolar tərtib edə biləcək. Qeyd etmək lazımdır ki, Honor Magic 6 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Pro-nun real fotoları təqdim edilib
    honor-magic-6-pro-nun-real-fotolari-teqdim-edilib
    Orta büdcəli Honor X9b smartfonu təqdim edilib
    orta-budceli-honor-x9b-smartfonu-teqdim-edilib
    Honor X9b smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib
    honor-x9b-smartfonunun-render-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib
    Honor Play 8T smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-play-8t-smartfonu-teqdim-edilib-qiymeti
    Yenilənmiş Honor X50 GT-nin texniki göstəriciləri ortaya çıxıb
    yenilenmis-honor-x50-gt-nin-texniki-gostericileri-ortaya-cixib