
Honor Magic 6 Ultimate Edition premium smartfonun təqdimatı anons edilib
Cihazlar+
11.03.2024
Emil
Honor şirkəti Honor Magic 6 smartfon seriyasının növbəti premium modelinin təqdimatını anons edib. Sözügedən smartfon seriyasının növbəti premium modeli Honor Magic 6 Ultimate Edition adlanır. Şirkətin rəsmi anonsuna əsasən Honor Magic 6 Ultimate Edition modeli 18 mart tarixində Çində təqdim olunacaq. Şirkət tərəfindən təqdim edilmiş tizer posterə əsasən bu yeni premium smartfon qeyri-adi arxa kamera dizaynına sahib olacaq. Qeyd etmək lazımdır ki, Honor Magic 6 Ultimate Edition modelinin 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacağı və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
