
Honor Magic 6 Ultimate Edition-un xarici görünüşü sərgilənib
Cihazlar+
11.03.2024
Emil
Honor şirkəti artıq Honor Magic 6 Ultimate Edition adlı yeni premium smartfonunun təqdimatını anons edib. Smartfonun təqdimatı 18 mart tarixində baş tutacaq. Lakin təqdimat tədbirini gözləmədən şirkət sözügedən smartfonun xarici görünüşünü sərgiləyib. Bunun üçün şirkət Honor Magic 6 Ultimate Edition-un iki ədəd tizer posterini təqdim edib. Təqdim edilmiş tizer posterlərdə smartfonun yalnız arxa paneli əks olunub.

Fotolardan da görmək olar ki, Honor Magic 6 Ultimate Edition süni dəridən hazırlanmış arxa paneli əldə edəcək və arxa paneldə kvadrat formalı böyük ölçülü kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera obyektivi və LED işıqlandırma mövcud olacaq. Honor Magic 6 Ultimate Edition smartfonunun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacağı və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
