
Honor Magic 7-nin bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
19.07.2024
Emil
Honor şirkəti bu ilin əvvəlində Honor Magic 6 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət Honor Magic 7 smartfon seriyası üzərində çalışır. Honor Magic 6 seriyasında olduğu kimi Honor Magic 7 seriyasına da minimum iki model daxil olacaq. Adi Honor Magic 7 və Magic 7 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adi Honor Magic 7 barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Honor Magic 7 smartfonu oktyabr ayında təqdim ediləcək Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq.
Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək və özündə 6000 mAh və ya 6000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək. Üstəlik smartfon 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacaq. İnsayder bildirib ki, smartfonun əsas arxa kamerasını OmniVision OV50H kamera sensoru təşkil edəcək. Smartfonun telekamerasının isə Sony IMX882 kamera sensorundan təşkil olunacağı gözlənilir. Honor Magic 7 seriyasının təqdimatı çox güman ki, 2025-ci ilin əvvəlində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Honor MagicBook Art 14 noutbuku təqdim edilib - QİYMƏTİ
Honor şirkəti öz yeni məhsullarının təqdimatı çərçivəsində son olaraq yeni noutbukunu təqdim edib. Söhbət, Honor MagicBook Art 14-dən gedir.

Cihazlar+
Honor MagicPad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni qatlana bilən smartfonları ilə yetinməyərək üstəlik yeni planşetini də təqdim edib. Söhbət, Honor MagicPad 2-dən gedir.

Cihazlar+
Qatlana bilən Honor Magic Vs3 təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic V3-dən əlavə olaraq daha bir qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V3-ün sadələşdirilmiş versiyası olan Honor Magic Vs3-dən gedir.

Cihazlar+
Qatlana bilən Honor Magic V3 təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni qatlana bilən smartfonu Honor Magic V3-ü Çində təqdim etdi.

Cihazlar+
Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Android smartfonların istehsalçıları arasında bir ənənə var ki, onlar təkcə Apple şirkətini deyil həm də bir-birilərini trollayırlar.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
