main-post-cover

    Honor Magic 7 Pro-nun render fotosu təqdim edilib

    Cihazlar+
    19.08.2024
    Emil Nəcəfov
         Honor şirkəti gələn ilin əvvəlində Honor Magic 7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Honor Magic 7 və Magic 7 Pro. İndi isə RODENT950 ləqəbli insayder Magic 7 Pro-nun render fotosunu təqdim edib. Təqdim edilmiş render foto bu insayder tərəfindən Magic 7 Pro barəsində son məlumat sızıntıları əsasında hazırlanıb. Təqdim edilmiş render fotoya əsasən Honor Magic 7 Pro-nun arxa panelində Magic 6 Pro-da olduğu kimi dairəvi formada kamera sahəsi mövcud olacağına baxmayaraq həmin kamera sahəsinin daxili bir qədər fərqli görünüşü əldə edəcək.
         Render fotodakı smartfonun sahib olduğu kamera sahəsinin daxilində 3 ədəd obyektiv və dairəvi formada LED işıqlandırma mövcuddur. Bəzi məlumatlara əsasən Honor Magic 7 Pro smartfonu 180 MP və ya 200 MP-lik periskop kameraya və 50 MP-lik ultra geniş bucaqlı kameraya sahib olacaq. Bundan əlavə olaraq smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı və 5000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic V3-ün qlobal versiyası Geekbench testlərindən keçib
    honor-magic-v3-un-qlobal-versiyasi-geekbench-testlerinden-kecib
    Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilib!
    azerbaycanda-honor-200-ve-honor-200-pro-flaqman-smartfonlarinin-satisina-start-verilib
    Honor 300 Pro-nun ilk render fotosu və texniki imkanları təqdim edilib
    honor-300-pro-nun-ilk-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    Honor X60i smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x60i-smartfonu-teqdim-edilib-qiymeti
    Honor X60i smartfonunun təqdimatı anons edilib
    honor-x60i-smartfonunun-teqdimati-anons-edilib