Honor Magic 7 RSR Porsche Design-ın kameraları barəsində məlumatlar açıqlanıb
Honor şirkəti bir neçə müddət bundan öncə Honor Magic 7 smartfon seriyasını təqdim etdi. Bu seriyaya iki model daxil oldu. Honor Magic 7 və Magic 7 Pro. Lakin daha sonra Honor rəsmi şəkildə təsdiqlədi ki, Honor Magic 7 seriyasına daha bir model daxil olacaq. Söhbət, Honor Magic 7 RSR Porsche Design adlı premium modeldən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor Magic 7 RSR Porsche Design barəsində bəzi təfərrüatları təqdim edib.
Beləliklə insayderin sözlərinə əsasən sözügedən premium model dəyişkən diafraqmalı 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon həmçinin özündə 200 MP-lik periskop teleobyektivi və 50 MP-lik ultra geniş bucaqlı obyektivi birləşdirəcək. Smartfonun həmçinin Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir. Honor Magic 7 RSR Porsche Design bu ilin sonuna kimi təqdim olunmalıdır. Çox güman ki, smartfon artıq gələn ay təqdim olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...