
Honor Magic 7 RSR Porsche Design smartfonunun təqdimatı anons edilib
Cihazlar+
18.12.2024
Emil
Honor şirkəti oktyabr ayında Honor Magic 7 və Magic 7 Pro smartfonlarını təqdim edən zaman həmçinin Magic 7 RSR Porsche Design smartfonunu da anons etmişdi. Lakin şirkət həmin vaxtda bu smartfonun tam təqdimatını keçirtmədi və bildirdi ki, onun təqdimatı dekabr ayında baş tutacaq. İndi isə Honor şirkəti Honor Magic 7 RSR Porsche Design smartfonunun təqdimatını elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor Magic 7 seriyasının üçüncü modeli 23 dekabr tarixində Çində təqdim olunacaq. Artıq məlumdur ki, Honor Magic 7 RSR Porsche Design smartfonu yastı gövdəni əldə edəcək və onun arxa panelində 6 bucaqlı formada kamera sahəsi yerləşəcək. Gözləntilərə əsasən bu smartfon özündə 50 MP-lik əsas arxa kameranı, 50 MP-lik ultra geniş bucaqlı kameranı və 200 MP-lik periskop telekameranı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
