
Honor Magic V2-nin qlobal versiyasının qiyməti rəsmi şəkildə açıqlanıb
Cihazlar+
26.01.2024
Emil
Honor şirkəti öz smartfonlarını qlobal bazarda təqdim etməyə davam edir. Şirkət keçən ilin yay fəslində qatlana bilən Honor Magic V2 smartfonunu Çində təqdim etmişdi. Sentyabr ayında isə sözügedən smartfonun qlobal versiyası anons olundu. Lakin şirkət qlobal versiyanın anonsu zamanı smartfonun hansı qiymətə satılacağını açıqlamamışdı. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təqdim edib. Honor bildirib ki, Magic V2 artıq bugündən etibarən Avropa bazarında satışa çıxır. Smartfon qlobal bazarda yalnız bir versiyada satılacaq. Söhbət, 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Şirkət bildirib ki, Honor Magic V2-nin qlobal versiyası 2000 avroya satılacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
