
Honor MagicBook 16 Pro noutbukunun təqdimatı anons edilib
Cihazlar+
20.02.2024
Emil
Bir neçə gündən sonra start götürəcək MWC 2024 sərgisində iştirak edəcək şirkətlərdən biri də Honor olacaq. Artıq məlumdur ki, sərgi çərçivəsində şirkət Honor Magic 6 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. İndi isə məlum olub ki, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət sərgi çərçivəsində yeni noutbukunu təqdim edəcək. Honor tərəfindən təqdim edilmiş tizer posterə əsasən söhbət, MagicBook 16 Pro-dan gedir. Adından da bəlli olduğu kimi sözügedən yeni noutbuk 16 düym ekranla təchiz olunacaq. Bununla yanaşı noutbukun süni zəka funksiyalarına sahib olacağı gözlənilir. Güman etmək olar ki, MagicBook 16 Pro Windows 11 vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
