main-post-cover

    Honor MagicBook Pro 16 noutbuku təqdim edilib

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Honor şirkəti təkcə Honor Magic 6 Pro smartfonunun və Honor Pad 9 planşetinin qlobal versiyaları ilə yetinməyib. Belə ki, şirkət üstəlik Honor MagicBook Pro 16 noutbukunu da təqdim edib. Honor şirkəti sözügedən yeni noutbuku Honor MagicBook seriyasının ən güclü modeli kimi qiymətləndirib. Honor MagicBook Pro 16 metal gövdəsi, yüksək piksel keyfiyyətinə sahib parlaq ekranı, olduqca yaxşı texniki özəllikləri ilə seçilir. Beləliklə Honor MagicBook Pro 16 noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 3072x1920 piksel keyfiyyətli 16 düym FullView ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 ilə sRGB rəng diapazonlarının 100%-ni əhatə edir.
         Noutbuk Intel Core Ultra 7 155H prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir. Bununla yanaşı noutbuk 32 GB RAM-a və 1 TB-lıq SSD-yə sahibdir. Batareya həcminə gəldikdə isə o bu noutbukda 75 vatt saat təşkil edir. Şirkət bildirib ki, noutbuk bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Honor MagicBook Pro 16 HDMI, Thunderbolt 4, USB 3.2 Gen 2 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Şirkət Honor MagicBook Pro 16-nın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatları daha sonra açıqlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 RSR Porsche Design smartfonunun təqdimatı anons edilib (VİDEO)
    honor-magic-6-rsr-porsche-design-smartfonunun-teqdimati-anons-edilib-video
    Honor Pad 9 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    honor-pad-9-plansetinin-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Honor Magic 6 Pro qlobal bazarda təqdim olunub - QİYMƏTİ
    honor-magic-6-pro-qlobal-bazarda-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan Honor MagicBook Pro 16 noutbuku Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-honor-magicbook-pro-16-noutbuku-geekbench-testlerinden-kecib
    Honor Magic 6 Pro qlobal bazarda hansı qiymətə satılacaq?
    honor-magic-6-pro-qlobal-bazarda-hansi-qiymete-satilacaq