Logo
    Honor Pad 9 planşetinin texniki göstəriciləri açıqlanıb

    Honor Pad 9 planşetinin texniki göstəriciləri açıqlanıb

    Cihazlar+
    18.12.2023
         Honor şirkəti 21 dekabr tarixində növbəti təqdimat tədbirini keçirəcək. Baş tutacaq təqdimat tədbirində şirkət Honor 90 GT smartfonu ilə yanaşı üstəlik Honor Pad 9 planşetini də təqdim edəcək. Təqdimata az müddət qalmış şirkətin bu yeni planşetinin texniki imkanları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Honor Pad 9 planşeti  12.1 düym ekranla təchiz olunacaq. Üstəlik ekran xüsusi şüşə ilə əhatə olunacaq və həmin şüşə əks olunan işığın 98%-ni aradan qaldıracaq. Məlumatda qeyd edilib ki, planşet Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq planşet özündə 12 GB RAM-ı, 512 GB-a kimi daxili yaddaş həcmini, 13 MP-lik arxa kameranı və 35 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor Pad 9 planşetinin texniki göstəriciləri açıqlanıb