main-post-cover

    Honor Pad 9 Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.04.2024
    Farid Pardashunas
         Honor şirkəti Honor 200 Lite smartfonu ilə yanaşı həmçinin Honor Pad 9 Pro adlı yeni planşetini də təqdim edib. Honor-un bu yeni planşeti böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Honor Pad 9 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.1 düym LCD ekranla təchiz olunub. Planşetin ekranı 1.07 milyard rəngi dəstəkləyir və DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.
         Planşet MediaTek Dimensity 8100 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Honor Pad 9 Pro 13 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 35 vatt gücündə sürətli şarj texnologiyalı 10 050 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Honor Pad 9 Pro artıq satışa çıxıb. Lakin o hələ yalnız Çində satılır. Planşetin 8 GB RAM-a sahib versiyasının qiyməti 305$, 12 GB RAM-a sahib versiyasının qiyməti isə 345$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 Lite smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-200-lite-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Honor Magic Flip yay fəslinin əvvəlində təqdim oluna bilər
    qatlana-bilen-qapaqli-honor-magic-flip-yay-feslinin-evvelinde-teqdim-oluna-biler
    Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb
    honor-200-lite-smartfonunun-xarici-gorunusu-sergilenib-ve-teqdimat-tarixi-aciqlanib
    Honor X7b 5G smartfonu təqdim edilib
    honor-x7b-5g-smartfonu-teqdim-edilib
    Büdcəli Honor Play 50 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-50-smartfonu-teqdim-edilib-qiymeti