main-post-cover

    Honor Play 8T smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         Honor şirkəti özünün Honor Play smartfon seriyasını yeni model ilə genişləndirib. Söhbət Honor Play 8T smartfonundan gedir. Sözügedən yeni smartfon yüksək MP göstəricili əsas arxa kameranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play 8T smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib və ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon özündə stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Play 8T Mediatek Dimensity 6080 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 8T artıq Çində satışa çıxıb. 8 GB RAM-a sahib model 150$-a, 12 GB RAM-a sahib model isə 177$-a satılır. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yenilənmiş Honor X50 GT-nin texniki göstəriciləri ortaya çıxıb
    yenilenmis-honor-x50-gt-nin-texniki-gostericileri-ortaya-cixib
    Daha bir yeni Honor Play smartfonunun təqdimatı anons edilib
    daha-bir-yeni-honor-play-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən Honor Magic Vs 2 smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-honor-magic-vs-2-smartfonunun-teqdimati-anons-edilib