Logo
    main-post-cover

    Honor qeyri-adi qatlana bilən cihazını patentləşdirib

    Cihazlar+
    02.10.2024
    Emil
         İnsayderlər Honor şirkətinin yeni qatlana bilən cihazının patenti barəsində məlumatları aşkar ediblər. Aşkar edilmiş patent fotolarına əsasən patentdəki cihaz 4 ədəd şarnir konstruksiyasına sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ay təqdim edilmiş Huawei Mate XT adlı 3 qat qatlana bilən smartfon özündə 3 ədəd şarnir konstruksiyasını birləşdirir. Honor-un yeni patentinin fotolarından da görmək olar ki, qatlana bilən cihazın ekranını 4 müxtəlif istiqamətdə qatlamaq mümkündür. Bu məhz 4 ədəd şarnir konstruksiyası və cihazın xüsusi mərkəzi bağı hesabına mümkündür. Fotolardakı cihaz rəqəmsal klaviaturaya sahib noutbuku xatırladır. Bu patent şirkətin dəqiq şəkildə belə bir cihazı hazırlamağa başlaması demək deyil. Ola bilsin ki, bu cihaz elə patent şəklində də qalacaq.
    Paylaş