main-post-cover

    Honor şirkəti Honor X50 Pro 5G smartfonunun təqdimatına hazırlaşır

    Cihazlar+
    26.12.2023
    Emil Nəcəfov
         Honor şirkəti artıq Honor Magic 6 smartfon seriyasının təqdimatını anons edib. Sözügedən smartfon seriyası 10 yanvar tarixində Çində təqdim olunacaq. İndi isə məlum olub ki, şirkət daha bir yeni smartfonun təqdimatına hazırlaşır. Təqdimata hazırlaşan smartfon Honor X seriyasına daxil olacaq. Söhbət, Honor X50 Pro 5G-dən gedir. Sözügedən smartfonun təqdimat posteri Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Posterdəki məlumatlara əsasən Honor X50 Pro 5G smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Honor X50 Pro 5G-nin gələn ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    honor-magic-6-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Honor Magic 6 smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb
    honor-magic-6-smartfon-seriyasinin-teqdimat-tarixi-ortaya-cixib
    Honor ilə Porsche Design birgə hazırladıqları xüsusi smartfonun təqdimatına hazırlaşırlar
    honor-ile-porsche-design-birge-hazirladiqlari-xususi-smartfonun-teqdimatina-hazirlasirlar
    Honor Magic 6 Pro-nun yeni real fotosu ortaya çıxıb
    honor-magic-6-pro-nun-yeni-real-fotosu-ortaya-cixib
    Honor Pad 9 planşeti təqdim edilib - QİYMƏTİ
    honor-pad-9-planseti-teqdim-edilib-qiymeti