
Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
Cihazlar+
24.05.2024
Emil
Honor şirkəti 27 may tarixində Çində Honor 200 smartfon seriyasını təqdim edəcək. Lakin məlum olub ki, şirkət daha bir yeni smartfon seriyası üzərində çalışır. Söhbət, Honor X60-dan gedir. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Honor-un hazırladığı Honor X60 smartfon seriyası Honor X50 smartfon seriyasının davamçısı olacaq. Qeyd etmək lazımdır ki, Honor X50 smartfon seriyası özündə adi Honor X50 ilə yanaşı üstəlik X50, X50i, X50i+, X50 Pro və X50 GT kimi modelləri birləşdirir.
Çox güman ki, Honor X60 smartfon seriyası da özündə bir neçə modeli birləşdirəcək. İnsayder bildirib ki, Honor X60 kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək. Adətən bu cür ekran dizaynı flaqman smartfonlarda rast gəlinir. Buna görə də çox güman ki, Honor X50 kimi Honor X60 da münasib satış qiymətinə sahib subflaqman smartfon rolunda çıxış edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, Honor X60 böyük həcmli batareyanı əldə edəcək və onun gövdəsi düşüşlərə dözümlü olacaq. Honor X60 smartfon seriyası barəsində digər bir məlumat hələ yoxdur. Bu smartfon seriyasının bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
