main-post-cover

    Honor Tablet GT Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.10.2024
    Emil Nəcəfov
         Honor şirkəti X60 smartfonları ilə yanaşı üstəlik Honor Tablet GT Pro adlı yeni planşetini də təqdim edib. Honor-un bu yeni planşeti böyük ölçülü ekranı və subflaqman prosessorunu əldə edib. Beləliklə Honor Tablet GT Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.3 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Planşet Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Şirkət planşetin kamera göstəricilərini açıqlamayıb. Batareyaya gəldikdə isə Honor Tablet GT Pro 66 vatt gücündə sürətli şarj texnologiyalı 10050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin çəkisi 555 qramm, gövdə qalınlığı 5.8 mm təşkil edir. Üstəlik Honor Tablet GT Pro özündə 8 ədəd səsgücləndiricini birləşdirir. Planşet artıq Çində satışa çıxıb. Onun satış qiymətləri aşağıdakı kimidir. Planşetin qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    - 8 GB RAM + 128 Gb yaddaş - 337$
    - 8 GB RAM + 256 GB yaddaş - 365$
    - 12 GB RAM + 256 GB yaddaş - 407$
    - 12 GB RAM + 512 GB yaddaş - 463$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X60 və X60 Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    honor-x60-ve-x60-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    Büdcəli Honor X5b və X5b Plus smartfonları təqdim edilib - QİYMƏTİ
    budceli-honor-x5b-ve-x5b-plus-smartfonlari-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan Honor Tablet GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə məlum olub
    teqdimata-hazirlasan-honor-tablet-gt-pro-nun-prosessoru-ve-batareya-hecmi-resmi-sekilde-melum-olub
    Təqdimata hazırlaşan Honor Magic 7 Pro-nun texniki imkanları barəsində təfərrüatlar verilib
    teqdimata-hazirlasan-honor-magic-7-pro-nun-texniki-imkanlari-baresinde-teferruatlar-verilib
    Honor Magic 7 smartfon seriyasının təqdimatı anons edilib
    honor-magic-7-smartfon-seriyasinin-teqdimati-anons-edilib