Logo
    main-post-cover

    Honor-un CEO-su təqdimata hazırlaşan Honor Magic 7 Pro-nu sərgiləyib (VİDEO)

    Cihazlar+
    16.10.2024
    Emil
         Honor şirkəti dünən Honor Magic 7 smartfon seriyasının təqdimatını anons etdi. Bu yeni smartfon seriyası 30 oktyabr tarixində təqdim olunacaq. Seriyaya minimum iki model daxil olacaq. Honor Magic 7 və Magic 7 Pro. Honor-un CEO-su George Zhao təqdimata iki həftə qalmış Honor Magic 7 Pro-nu rəsmi şəkildə sərgiləyib. Təqdim edilmiş videoda Honor CEO-su əlində məhz Honor Magic 7 Pro-nu tutub. O, smartfonun ön panelini sərgiləyib. Videodan da görmək olar ki, smartfon ekranının kənar hissələri əyilmiş dizayna sahibdirlər və onun ekranı üzərində oval formalı çıxıntı yerləşir. Smartfon xüsusi keysin daxilində yerləşdiyi üçün onun arxa panel dizaynını görmək mümkün deyil. Lakin çox güman ki, smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Qeyd etmək lazımdır ki, Honor Magic 7 Pro smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq.
    Paylaş