
Honor-un yeni smart saatının xarici görünüşü sərgilənib
Cihazlar+
13.02.2024
Emil
Honor şirkətinin Hindistan üzrə şöbəsinin rəhbəri şirkətin yeni smart saatının fotolarını və bəzi özəllikləri barəsində məlumatları təqdim edib. Söhbət, Honor Choice Watch smart saatından gedir. Beləliklə fotolardan da görmək olar ki, smart saat kvadrat formalı gövdəni və 1.95 düym AMOLED ekranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smart saat Bluetooth üzərindən telefon zənglərini dəstəkləyəcək. Bununla yanaşı smart saat iki ədəd fiziki düyməyə sahib olacaq. Onlardan biri idarəetmə üçün, digəri isə SOS çaxırışı üçün nəzərdə tutulacaq. Smart saat 15 fevral tarixində təqdim olunmalıdır.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
