Logo
    main-post-cover

    Honor Watch GS 4 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.03.2024
    Emil
         Honor şirkəti öz premium smartfonları ilə yetinməyərək Honor Watch GS 4 adlı yeni smart saatını da təqdim edib. Honor-un bu yeni smart saatı klassik saat dizaynına sahibdir. Honor Watch GS 4 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym dairəvi AMOLED ekranı əldə edib. Ekran üstəlik Always-on-Display funksiyasını dəstəkləyir. Smart saatın özü isə telefon zənglərinin qəbul edilməsi funksiyasını dəstəkləyir.
         Sözügedən smart saat ürək döyüntülərinin tezlikləri ilə qandakı oksigen miqdarını ölçə bilir və istifadəçinin yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edir. Honor Watch GS 4 modeli 100-dən çox idman rejimini dəstəkləyir və bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa bilir. Smart saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Honor Watch GS 4-ün Çində satışlarına 29 mart tarixində start veriləcək və onun qiyməti 140$ təşkil edəcək. Smart saatın digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş