
Honor X50 GT-nin yenilənmiş versiyası təqdimata hazırlaşır
Cihazlar+
04.12.2023
Emil
Artıq məlumdur ki, Honor şirkəti Honor X50 GT-nin yeni versiyasını təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun Bluetooth SIG adlı təşkilatın məlumatlar bazasında ortaya çıxdığı məlum olub. Bu isə o deməkdir ki, smartfonun təqdimatı artıq çox yaxındır. Çox güman ki, yenilənmiş Honor X50 GT smartfonu ya bu ay ya da gələn ay təqdim olunacaq. Gözləntilərə əsasən yenilənmiş Honor X50 GT smartfonu Full HD+ keyfiyyətli 6.81 düym ekran, Snapdragon 888 prosessoru, 50 MP-lik əsas arxa kamera, 16 MP-lik ön kamera və 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
