
Honor X50 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
08.10.2024
Emil
Honor şirkəti yeni smartfon seriyasının təqdimatını anons edib. Söhbət, Honor X60-dan gedir. Beləliklə şirkətin verdiyi məlumata əsasən Honor X60 seriyası 16 oktyabr tarixində təqdim ediləcək. Gözləntilərə əsasən bu seriyaya minimum 3 model daxil olacaq. Honor X60, X60 Pro və X60 GT. Məlumata əsasən smartfonlar 35 vatt və 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. Son məlumat sızıntılarına əsasən adi Honor X60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, MediaTek Dimensity 7025 prosessoru vasitəsilə çalışacaq və özündə 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
