main-post-cover

    Honor X60 Pro-nun batareya həcmi 6000 mAh-dan daha böyük olacaq

    Cihazlar+
    10.10.2024
    Emil Nəcəfov
         Honor şirkəti 16 oktyabr tarixində Honor X60 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor X60 Pro olacaq. Təqdimata az müddət qalmış şirkət Honor X60 Pro-nun əsas texniki imkanlarından birini rəsmi şəkildə açıqlayıb. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Honor X60 Pro smartfonu batareya həcmi baxımından əsl əjdaha olacaq. Belə ki, sözügedən smartfon 6600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, adi Honor X60 modelində isə 5800 mAh enerji tutumlu batareyanın olacağı gözlənilir. Güman olunur ki, Honor X60 Pro smartfonu 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Honor Tablet GT Pro planşetinin ekran özəllikləri açıqlanıb
    teqdimata-hazirlasan-honor-tablet-gt-pro-plansetinin-ekran-ozellikleri-aciqlanib
    Honor Tablet GT Pro planşetinin təqdimatı anons edilib
    honor-tablet-gt-pro-plansetinin-teqdimati-anons-edilib
    Honor X60 smartfonlarının xarici görünüşləri sərgilənib
    honor-x60-smartfonlarinin-xarici-gorunusleri-sergilenib
    Təqdimata hazırlaşan Honor X7c 4G-nin render fotoları və texniki imkanları təqdim edilib
    teqdimata-hazirlasan-honor-x7c-4g-nin-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Honor X50 smartfon seriyasının təqdimatı anons edilib
    honor-x50-smartfon-seriyasinin-teqdimati-anons-edilib