main-post-cover

    Honor X60i smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.07.2024
    Emil Nəcəfov
         Honor şirkəti özünün Honor X seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Honor X60i-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Honor X60i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Bu yeni smartfon MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X60i 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X60i artıq Çində satışa çıxıb. Onun qlobal bazarda satışa çıxma ehtimalı da var. Smartfonun Çin bazarında satış qiymətləri isə aşağıdakı kimidir.
    - 8 GB RAM + 256 GB yaddaş - 195$
    - 12 GB RAM + 256 GB yaddaş - 220$
    - 12 GB RAM + 512 GB yaddaş - 250$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X60i smartfonunun təqdimatı anons edilib
    honor-x60i-smartfonunun-teqdimati-anons-edilib
    Honor Magic 7-nin bəzi texniki imkanları açıqlanıb
    honor-magic-7-nin-bezi-texniki-imkanlari-aciqlanib
    Honor MagicBook Art 14 noutbuku təqdim edilib - QİYMƏTİ
    honor-magicbook-art-14-noutbuku-teqdim-edilib-qiymeti
    Honor MagicPad 2 planşeti təqdim edilib - QİYMƏTİ
    honor-magicpad-2-planseti-teqdim-edilib-qiymeti
    Qatlana bilən Honor Magic Vs3 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-honor-magic-vs3-teqdim-olunub-qiymeti