main-post-cover

    Honor X9b smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlum oldu ki, Honor X50 smartfonu qlobal bazarda satışa çıxacaq. Lakin smartfon qlobal bazarda Honor X9b adı altında satılacaq. İndi isə insayderlər sözügedən smartfonun render fotosunu və texniki göstəricilərini təqdim ediblər. Honor X9b orta büdcəli smartfonlar seqmentinə daxil olacaq və böyük həcmli batareyası ilə seçiləcək. Beləliklə verilmiş məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym AMOLED ekran ilə təchiz olunacaq.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edəcək. Bununla yanaşı render fotodan da görmək olar ki, Honor X9b-nin ekranının kənarları əyilmiş dizaynda reallaşdırılacaq. Smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 108 MP + 5 MP + 2 MP üçlü əsas arxa kameranı, 16 MP-lik ön kameranı və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Honor X9b-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Play 8T smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-play-8t-smartfonu-teqdim-edilib-qiymeti
    Yenilənmiş Honor X50 GT-nin texniki göstəriciləri ortaya çıxıb
    yenilenmis-honor-x50-gt-nin-texniki-gostericileri-ortaya-cixib
    Daha bir yeni Honor Play smartfonunun təqdimatı anons edilib
    daha-bir-yeni-honor-play-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən Honor Magic Vs 2 smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-honor-magic-vs-2-smartfonunun-teqdimati-anons-edilib