
Honor zərbələrə dözümlü yeni smartfonunu təqdim etməyə hazırlaşır
Cihazlar+
30.09.2024
Emil
Honor şirkəti təqdimata hazırladığı yeni smartfonunun ilk tizer posterini təqdim edib. Tizer posterə əsasən Honor-un yeni smartfonu şirkətin ən dözümlü smartfonlarından biri olacaq. Təqdim olunacaq smartfonun adı qeyd edilməsə də insayderlərin sözlərinə əsasən söhbət, Honor X9c-dən gedir. Bu yeni smartfon keçən ilki Honor X9b-nin davamçısı olmalıdır. Qeyd etmək lazımdır ki, Honor X9b smartfonu Ultra-Bounce Anti-Drop Display adlı texnologiyası sayəsində düşüşlərə olduqca dözümlü smartfon idi. Bu texnologiya özündə amortizasiya əsaslı materialı birləşdirərək smartfonun 1.5 metr hündürlükdən düşüşü nəticəsində onun zədələnmələrdən qorunmasını təmin edir. Gözləntilərə əsasən Honor X9b kimi Honor X9c də orta qiymət seqmentinə daxil olacaq smartfon olacaq. Yeni smartfonun artıq yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
