main-post-cover

    Huawei Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixi rəsmi elan olunub

    Cihazlar+
    10.10.2020
    Farid Pardashunas
        Olmuş çoxlu sayda məlumat sızıntısından sonra Huawei şirkəti sonunda Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixini elan edib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən Mate 40 seriyasının təqdimatı 22 oktyabr tarixində baş tutacaq. Bu barədə Gagadget saytı xəbər verib. Son məlumat sızıntılarına əsasən Mate 40 seriyasına 4 ədəd smartfon daxil olacaq: Mate 40, Mate 40 Pro, Mate 40 Pro+Mate 40 Porsche Design. Smartfonlar Kirin 9000 prosessoru ilə təchiz olunacaqlar. Bununla yanaşı onların yüksək təsvir yenilənməsinə sahib AMOLED ekran və 4500-5000 mAh enerji tutumlu batareya ilə də təchiz olunacaqları gözlənilir. Smartfonlar EMUI 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər