
Huawei Mate 70 Pro-nun real fotosu çəkilib
Cihazlar+
30.09.2024
Emil
Huawei şirkəti bu il üçün nəzərdə tutulmuş ikinci flaqman smartfon seriyasını təqdim etməyə hazırlaşır. Söhbət, Huawei Mate 70 seriyasından gedir. Bu smartfon seriyası barəsində tədricən müxtəlif məlumatlar ortaya çıxır. İndi isə Mate 70 modellərindən birinin real fotosu ortaya çıxıb. Məlumata əsasən ortaya çıxmış fotoda Mate 70 Pro əks olunub və o, Huawei şirkətinin rəhbərlərindən birinin əlində görülüb. Fotodan da görmək olar ki, smartfonun dizaynını gizli saxlamaq üçün o, keys daxilinə yerləşdirilib. Bununla belə görmək olar ki, Mate 70 Pro-nun arxa panelində 8 bucaqlı kamera sahəsi var. Kamera sahəsinin daxilində isə çox güman ki, 5 ədəd kamera mövcuddur. Smartfonun kənar hissələri əyilmiş dizaynda hazırlanıb. Gözləntilərə əsasən Mate 70 Pro smartfonu Kirin 9000 seriyasına daxil olan prosessor vasitəsilə çalışacaq. Huawei Mate 70 smartfon seriyasının bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
