
Huawei Mate 70 seriyasının və qatlana bilən Mate X6-nın qlobal versiyasının təqdimatı anons edilib
Cihazlar+
03.12.2024
Emil
Huawei şirkəti bir neçə müddət bundan öncə Çində Mate 70 smartfonlarını və qatlana bilən Mate X6 smartfonunu təqdim etdi. İndi isə şirkət bu smartfonların qlobal versiyalarını təqdim etməyə hazırlaşır. Belə ki, Huawei növbəti qlobal təqdimat tədbirini anons edib. Şirkətin təqdim etmiş posterə əsasən növbəti qlobal təqdimat tədbiri 12 dekabr tarixində Dubayda baş tutacaq. Gözləntilərə əsasən həmin tarixdə şirkət Mate 70 smartfon seriyasının və qatlana bilən Mate X6 smartfonunun qlobal versiyası ilə yanaşı həmçinin Huawei MatePad Pro 13.2 2025 planşetinin də qlobal versiyasını təqdim edəcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
