
Huawei şirkəti ekranın altına inteqrasiya edilmiş ön kameraya sahib yeni smartfonun patentini aldı
Cihazlar+
03.06.2020
Emil
Bir çox şirkətlər ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfon modellərinin prototiplərini artıq təqdim ediblər. Lakin həmin smartfonlardan hələ heç biri rəsmi olaraq satışa çıxmayıb. Bu cür texnologiyaya sahib ilk smartfon modelini bazara Huawei şirkəti satışa çıxarda bilər. Belə ki, şirkət bu cür smartfon üzrə yeni patent əldə edib. Bu barədə Letsgodigital saytı xəbər verib.
Şirkətin əldə etdiyi yeni patentdə iki smartfon modeli əks olunub. Onlardan biri arxa kameralarının yerləşmə tərzinə görə Mate 30 modelini, digəri isə P30 Pro modelini xatırladır. Patentdə əks edilmiş hər iki smartfon halında ön panelin bütün hissəsini ekran əhatə edir. Ekran hətta smartfonların kənar hissələrini də əhatə edir. Buna görə də smartfonlarda yandırıb/söndürmə və səsin tənzimlənməsi kimi fiziki düymələr yoxdur.
Patentdəki smartfonların əsas özəllikləri isə ondan ibarətdir ki, onlar ekranın alt hissəsinə inteqrasiya edilmiş görünməyən ön kameraya sahibdirlər. İdeyaya əsasən smartfondan adi halda istifadə edən zaman ön kamera istifadəçi gözünə görünməməlidir. Huawei şirkətinin bu cür ön kamera texnologiyasından öz smartfonlarda istifadə edib-etməyəcəyi hələ bilinmir. Ola bilər ki, bu cür texnologya Mate 40 və P50 smartfon seriyalarında reallaşdırılsın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
