
İnsayderlər Honor 90 GT-nin nə zaman təqdim olunacağını açıqlayıblar
Cihazlar+
23.11.2023
Emil
Honor şirkəti keçən ilin dekabr ayında Honor 80 GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır. Söhbət, Honor 90 GT-dən gedir. İnsayderlər Honor 90 GT-nin nə zaman təqdim olunacağını açıqlayıblar. Onların sözlərinə əsasən Honor 90 GT smartfonu gələn ayın sonunda təqdim olunacaq. Təəssüflər olsun ki, insayderlər sözügedən smartfonun texniki imkanları barəsində məlumat verməyiblər. Lakin güman etmək olar ki, Honor 90 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, Qualcomm-un flaqman prosessorunu və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
