
iPhone 15 smartfonları hansı qiymətə satılacaqlar?
Mobil Cihazlar
27.07.2023
Emil Noisy
Böyük Britaniyanın Barclays adlı bankının analitiki Tim Long öz mənbələrinə istinadən iPhone 15 smartfonlarının satış qiymətlərini təqdim edib. Analitikin sözlərinə əsasən iPhone 15 və iPhone 15 Plus modellərinin satış qiymətləri iPhone 14 və iPhone 14 Plus modellərinin satış qiymətləri ilə eyni səviyyədə olacaq. Yəni iPhone 15 modeli 799$-a, iPhone 15 Plus isə 899$-a satılacaq. iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinə gəldikdə, analitik qeyd edib ki, onların satış qiymətlərində artım müşahidə olunacaq. Belə ki, iPhone 15 Pro modeli 1099$-a (iPhone 14 Pro-dan 100$ baha), iPhone 15 Pro Max isə 1299$-a (iPhone 14 Pro Max-dan 200$ baha) satılacaq.
Linki kopyala
Həftənin xəbərləri

