
iPhone 16-da tamamilə yeni mikrofon istifadə ediləcək
Cihazlar+
11.12.2023
Emil
iPhone 16 smartfon seriyasının təqdimatına hələ uzun müddət qalmasına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə iPhone 16 barəsində yeni məlumatı məşhur analitik Ming-Chi Kuo təqdim edi. Analitikin sözlərinə əsasən iPhone 16 tamamilə yeni mikrofon ilə təchiz olunacaq və o, hal hazırda aktual olan iPhone modellərində istifadə edilən mikrofondan daha yaxşı səviyyədə çalışacaq.
Analitikin fikrincə iPhone 16-da tamamilə yeni mikrofonun istifadəsinin əsas məqsədi Siri səsli köməkçisinin daha yaxşı çalışması və nitq vasitəsilə mətnlərin daha dəqiq şəkildə daxil edilməsidir. Gözləntilərə əsasən Apple şirkəti Siri-yə böyük dil modelini inteqrasiya edəcək və bu halda yeni mikrofon səsli köməkçinin daha effektiv şəkildə çalışmasına yardımçı olacaq. Lakin bununla belə analitik qeyd edib ki, iPhone 15 smartfonlarında istifadə edilən mikrofondan fərqli olaraq iPhone 16-dakı mikrofonun qiyməti 2-2.5 dəfə daha baha olacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
