
iPhone 17 Pro və iPhone Air 60 metr hündürlükdən atılıb (VİDEO)
TechRax YouTube kanalının müəllifi iPhone 17 Pro və iPhone Air modelləri üzərində qeyri-adi dözümlülük testi keçirib. O, sözügedən cihazları 60 metrlik pilləkən boşluğundan atıb. Nəticələr isə təəccüblüdür. Hər iki smartfon eyni yerdən atılıb, lakin iPhone 17 Pro modeli iPhone Air-dən daha çox məsafə qət edərək tamamilə dağılıb: onun gövdəsi əzilib, üstəlik, şüşə matrisadan ayrılıb. iPhone Air isə birinci mərtəbəyə qədər düşməyib, arxa qapağı ilə beton pilləkənə çırpılıb, amma kamera şüşəsi və modul zədələnməyib. Bu, uçuş zamanı smartfonun özündən çəkilmiş videodan da aydın görünür. iPhone Air-in ekranı da zədələnməyib və smartfon normal çalışmağa davam edib. Böyük ehtimalla, əgər o, iPhone 17 Pro kimi düşsəydi, zədələr daha çox olardı.
Paylaş