Logo
    main-post-cover

    Kompakt ölçülü Huawei MatePad Mini planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.09.2025
    Emil
         Huawei şirkəti üçqat qatlana bilən Mate XTs smartfonu ilə yanaşı MatePad Mini adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı əldə edib və Kirin prosessoru vasitəsilə çalışır. Beləliklə MatePad Mini planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Ekran həmçinin stilus dəstəyinə də sahibdir.
         Planşet Kirin 9010 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda MatePad Mini özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 6400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei MatePad Mini gələn həftə Çində satışa çıxacaq və onun qiyməti 559$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş