main-post-cover

    Konseptual Mi Mix Alpha smartfon modelinin yeni versiyasının fotosu və videosu ortaya çıxıb (VİDEO)

    Cihazlar+
    28.05.2020
    Emil Nəcəfov
        Hələ keçən ilin sentyabr ayında Xiaomi şirkəti konseptual Mi Mix Alpha smartfon modelini təqdim edən zaman qeyd etmişdi ki, bu smartfon kütləvi bazar üçün nəzərdə tutulmayıb. Buna baxmyaraq yeni məlumat sızıntısı ona işarə edir ki, Xiaomi şirkəti konseptual smartfonun ikinci versiyasını satışa çıxartmağı planlaşdırır. Bu barədə IThome saytı xəbər verib. Digital Chat Station ləqəbli məşhur çinli insayder Mi Mix Alpha-nın yeni versiyasının fotosunu və videosunu təqdim edib.
    Xiaomi Mi Mix Alpha
        Məlumata əsasən yenilənmiş Mi Mix Alpha modeli Snapdragon 865 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Konseptual Mi Mix Alpha modelinin yeni versiyasının təqribi satış tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, orijinal Mi Mix Alpha modeli 2830$ dəyərində qiymətləndirilmişdi.
    Linki kopyala