
Lenovo Legion Go 2-nin prototipi təqdim edilib
Cihazlar+
08.01.2025
Emil
Lenovo şirkəti Lenovo Legion Go S portativ oyun konsolu ilə yanaşı Lenovo Legion Go 2-nin prototipini də təqdim edib. Beləliklə şirkət 2023-cü ildə təqdim edilmiş birinci nəsil Lenovo Legion Go-nun davamçısı üzərində çalışdığını təsdiqləyib. Şirkət bildirib ki, Lenovo Legion Go 2 modul tipli gövdəyə sahib olacaq. Yəni onun gamepad hissələrini əsas gövdədən ayırmaq mümkün olacaq. Yeni portativ oyun konsolunda ekran ölçüsü 8.8 düym təşkil edəcək.
Söhbət, 144 Hz-lik təsvir yenilənməsinə və 500 nit maksimal parlaqlıq səviyyəsinə sahib OLED ekrandan gedir. Cihaz özündə LPDDR5X standartlı 32 GB RAM-ı və 74 vatt-saat batareya həcmini birləşdirəcək. Bununla yanaşı Lenovo Legion Go 2 konsolu AMD Ryzen Z2 Extreme prosessoru vasitəsilə çalışacaq, RDNA 3.5 arxitekturalı qrafik çipi əldə edəcək və 2 TB-lıq SSD-yə sahib olacaq. Lenovo Legion Go 2-nin rəsmi şəkildə nə zaman təqdim olunacağı açıqlanmayıb.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
