main-post-cover

    Lenovo Legion Go S portativ oyun konsolunun texniki imkanları təqdim edilib

    Cihazlar+
    04.12.2024
    Emil Nəcəfov
         Biraz əvvəl biz xəbər verdik ki, Lenovo-un hazırladığı Legion Go S adlı büdcəli portativ oyun konsolunun ilk render fotosu təqdim edilib. İndi isə Winfuture saytı sözügedən yeni portativ oyun konsolunun texniki imkanları barəsində məlumatları təqdim edib. Beləliklə təqdim edilmiş məlumatlara əsasən Lenovo Legion Go S 2560x1600 piksel keyfiyyətli 8 düym ölçülü sensorlu ekranla təchiz olunacaq.
         Cihaz Zen 3+ arxitekturalı AMD Ryzen Z2 Rembrandt APU prosessoru vasitəsilə çalışacaq və özündə RDNA 2 arxitekturalı AMD Radeon 680M qrafik çipini birləşdirəcək. Yeni portativ oyun konsolu LPDDR5X standartlı 16 GB RAM-ı və 512 GB-lıq SSD-ni əldə edəcək. Bununla yanaşı cihaz iki ədəd USB-C girişinə sahib olacaq. Məlumatda qeyd edilib ki, portativ oyun konsolunun əməliyyat sistemi qismində Windows 11 çıxış edəcək. Lenovo Legion Go S-in nə zaman təqdim olunacağı bilinmir. Lakin bu, gələn ilin əvvəlində baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Legion Go S-in render fotosu təqdim edilib
    lenovo-legion-go-s-in-render-fotosu-teqdim-edilib
    Lenovo Legion Go portativ oyun konsolunun büdcəli versiyası hazırlanır
    lenovo-legion-go-portativ-oyun-konsolunun-budceli-versiyasi-hazirlanir
    Nazik gövdəli Lenovo ThinkPad X1 Carbon Aura AI 2025 noutbuku təqdim edilib
    nazik-govdeli-lenovo-thinkpad-x1-carbon-aura-ai-2025-noutbuku-teqdim-edilib
    Lenovo Legion Y700 2024 gaming planşeti qlobal bazarda satışa çıxacaq
    lenovo-legion-y700-2024-gaming-planseti-qlobal-bazarda-satisa-cixacaq
    Lenovo Legion Y700 2024 gaming planşeti təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y700-2024-gaming-planseti-teqdim-edilib-qiymeti