main-post-cover

    Lenovo Legion R32qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.08.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti dünən özünün Legion brendi altında yeni gaming monitorunu təqdim etdi. Söhbət, Lenovo Legion R27qc-30-dan gedir. İndi isə şirkət Legion brendi altında daha bir yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Lenovo Legion R32qc-30 adlanır. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 31.5 düym ölçülü VA ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.5 millisaniyə təşkil edir. Ekran üstəlik AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI, DisplayPort girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Lenovo Legion R32qc-30 artıq Çin bazarında 263$-a satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo yeni flaqman planşetini təqdim etməyə hazırlaşır
    lenovo-yeni-flaqman-plansetini-teqdim-etmeye-hazirlasir
    Lenovo Legion R27qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r27qc-30-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Lenovo şirkəti Legion Go portativ oyun konsolunun kompakt ölçülü versiyası üzərində çalışır
    lenovo-sirketi-legion-go-portativ-oyun-konsolunun-kompakt-olculu-versiyasi-uzerinde-calisir
    Lenovo Legion R9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r9000p-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo qlobal bazarda Tab K11 Plus adlı yeni planşetini təqdim edib
    lenovo-qlobal-bazarda-tab-k11-plus-adli-yeni-plansetini-teqdim-edib