Logo
    main-post-cover

    Lenovo Legion Tab Gen 3 gaming planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2025
    Emil
         Lenovo şirkəti yeni gaming noutbuk ilə yanaşı gaming planşetini də təqdim edib. Şirkətin yeni gaming planşeti Lenovo Legion Tab Gen 3 adlanır. Bu yeni planşet kompakt ölçüsü və güclü prosessoru ilə seçilir. Beləliklə Lenovo Legion Tab Gen 3 planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda o, 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 6550 mAh enerji tutumlu batareyanı birləşdirir. Planşet iki ədəd səsgücləndiriciyə sahibdir. Lenovo Legion Tab Gen 3-ün gövdə qalınlığı 7.79 mm, çəkisi isə 350 qram təşkil edir. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Lenovo Legion Tab Gen 3 bu ay ərzində satışa çıxacaq və onun qiyməti 500$ təşkil edəcək.
    Paylaş