Logo
    main-post-cover

    Lenovo Legion Y9000X 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.02.2024
    Emil
         Dünən Lenovo şirkəti baha qiymətə satılan Lenovo Legion Y9000K 2024 gaming noutbukunu təqdim etdi. İndi isə şirkət Lenovo Legion Y9000X 2024 adlı daha bir yeni gaming noutbukunu təqdim edib. Beləliklə bu yeni gaming noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2000 piksel keyfiyyətli 16 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 430 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.
         Noutbuk Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır. Alıcılar sözügedən noutbukun iki versiyasından birini seçə bilərlər. Birinci versiya NVIDIA GeForce RTX 4060 videokartına, ikinci versiya isə NVIDIA GeForce RTX 4070 videokartına sahibdir. Lenovo Legion Y9000X 2024 həmçinin 32 GB-lıq RAM-ı, 1 TB-lıq SSD-ni və 99.9 vatt saat həcmli batareyanı əldə edib. Noutbuk RGB işıqlandırmaya sahib klaviatura və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz olunub.
         Lenovo Legion Y9000X 2024 USB Type-C, Thunderbolt 4, HDMI 2.1, SD kart girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk artıq Çində satışa çıxıb. NVIDIA GeForce RTX 4060 videokartına sahib model 1940$-a, NVIDIA GeForce RTX 4070 videokartına sahib model isə 2077$-a satılır. Lenovo Legion Y9000X 2024-ün digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş