
Lenovo şirkəti Legion Go portativ oyun konsolunun kompakt ölçülü versiyası üzərində çalışır
Cihazlar+
06.08.2024
Emil
Lenovo şirkəti keçən il Legion Go adlı portativ oyun konsolunu təqdim etmişdi. Görünür, şirkət onun kompakt ölçülü versiyası üzərində çalışır. Belə ki, Lenovo şirkətinin saytının FAQ bölməsində 7-8 düym ölçülü ekrana, HDMI girişinə və soyutma sistemi qismində iki ədəd pərə sahib cihazdan bəhs edilib. Lakin müəyyən müddətdən sonra saytın FAQ bölməsindən bu məlumatlar silinib. Məlumata əsasən Lenovo Legion Go-nun portativ ölçülü versiyası Lenovo Legion Go S adlanacaq. Daha öncəki məlumat sızıntılarında isə Lenovo Legion Go Lite adından bəhs olunurdu. Qeyd etmək lazımdır ki, keçən ilki Lenovo Legion Go portativ oyun konsolu 8.8 düym ölçülü ekrana, ekran görüntüsünün xarici monitorda əks olunması üçün USB-C girişinə və soyutma sistemi qismində bir ədəd pərə sahibdir.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
