main-post-cover

    LG Velvet-in sadələşdirilmiş versiyasının real fotoları ortaya çıxıb

    Cihazlar+
    10.06.2020
    Farid Pardashunas
        May ayının əvvəlində LG şirkəti tamamilə yeni dizayna və Snapdragon 765G prosessoruna sahib Velvet adlı smartfon modelini təqdim etmişdi. Orta səviyyəli prosessora sahib olmasına baxmayaraq LG Velvet flaqman smartfon qiymətinə satılır. İndi isə internetdə sözügedən smartfonun daha sadələşdirilmiş versiyasının real fotoları ortaya çıxıb. Məlumata əsasən sadələşdirilmiş versiya fərqli texniki özəlliklər sayəsində daha ucuz qiymətə satılacaq.
        Bu barədə GSMarena saytı xəbər verib. Məlumatda qeyd edilib ki, sadələşdirilmiş LG Velvet modeli 2018-ci ildə təqdim edilmiş Snapdragon 845 prosessoru ilə təchiz olunacaq. Bu prosessor öz performansına görə Snapdragon 765G-nin performansı ilə eyni səviyyədədir. Lakin Snapdragon 765G-dən fərqli olaraq Snapdragon 845 modeli yalnız 4G şəbəkəsində çalışır.
        Məlumatda qeyd edilib ki, sadələşdirilmiş LG Velvet modeli 6 GB RAM-a və 128 GB daxili yaddaşa sahib olacaq. Sadələşdirilmiş LG Velvet modelinin hal hazırda aktual olan orijinal Velvet modelindən 20% daha ucuz satılacağı gözlənilir. Gözləntilərə əsasən LG Velvet 4G modeli 5G-nin yaxın zamanda istifadəyə verilməyəcəyi regionlarda satışa çıxacaq. Bu smartfonun satışa çıxıb-çıxmayacağı barəsində LG rəsmiləri bir məlumat verməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər