main-post-cover

    Məşhur insayder Huawei Mate 40 barəsində vacib məlumat verib

    Cihazlar+
    12.08.2020
    Farid Pardashunas
        Məşhur insayder Evan Blass, Huawei şirkətinin təqdim olunacaq Mate 40 seriyası barəsində məlumatlar paylaşmağa davam edir. Bu dəfə insayder adi Mate 40 modeli barəsində vacib məlumatı paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Mate 40 modeli Ocean kod adına sahibdir və Mate 40 Pro modelindən fərqli olaraq yalnız bir neçə ölkədə satışa çıxacaq.
        Şirkət bu cür addımı atmaq məcburiyyətindir, çünki onun əlində məhdud sayda Kirin prosessoru var. Qeyd etmək lazımdır ki, ABŞ sanksiyaları səbəbilə TSMC şirkəti Huawei üçün Kirin prosessorlarını istehsal edə bilməz. Bəzi məlumatlara əsasən Mate 40 seriyası Kirin prosessorlarını əldə edəcək son smartfon seriyası olacaq. Hal hazırda isə Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq etmək üçün ABŞ hökumətindən icazə lisenziyasını almağa çalşır. Huawei Mate 40 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər