main-post-cover

    Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib

    Cihazlar+
    13.08.2020
    Farid Pardashunas
        Məşhur insayder Jon Prosser, Apple şirkətinin yeni məhsullarının təqdimat tarixləri barəsində məlumat verib. İnsayder öz məlumatında yeni iPad, Apple Watch Series 6 iPhone 12-nin təqdimat tarixlərini qeyd edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən yeni iPad ilə Apple Watch Series 6 7-13 sentyabr tarixləri arasındakı hansısa gündə təqdim olunacaq. Bu cihazlar üçün ayrıca online və ya offline təqdimat tədbiri keçirilməyəcək.
        Belə ki, onlar barəsində rəsmi məlumat press-reliz formatında təqdim olunacaq. iPhone 12 seriyasına gəldikdə isə insayder qeyd edib ki, yeni smartfonlar 12-18 oktyabr tarixləri arasındakı hansısa gündə təqdim olunacaqlar. Yəni bu ilki iPhone modelləri ənənəvi olaraq sentyabrda deyil, oktyabrda təqdim olunacaqlar. Bundan əlavə olaraq insayder qeyd edib ki, təqdimatdan sonra şirkət 2 adi iPhone 12 modelini satışa çıxardacaq. Pro modellər isə payızın sonunda satışa çıxacaqlar. Pro modellərin dəqiq satış tarixləri barəsində insayder bir məlumat verməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər