Logo
    main-post-cover

    Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb

    Cihazlar+
    04.06.2024
    Emil
         Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K80 Pro modeli barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək.
         Redmi K80 Pro Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumatda qeyd edilib ki, Redmi K80 Pro üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq. Üstəlik kameralardan biri 3 qat optik zoom özəlliyinə sahib teleobyektiv olmalıdır. Smartfon barəsində digər bir məlumat hələ yoxdur. Qeyd etmək lazımdır ki, adi Redmi K80 modelinin MediaTek prosessorunu əldə edəcəyi gözlənilir.
    Paylaş