Logo
    main-post-cover

    Məşhur insayder Redmi K80 smartfon seriyası barəsində yeni məlumatlar verib

    Cihazlar+
    02.04.2024
    Emil
         Xiaomi-nin Redmi brendi bu il ərzində Redmi K80 smartfon seriyasını təqdim edəcək. 1 ay bundan öncə isə bu smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başladı. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon seriyası barəsində yeni məlumatlar verib. Beləliklə insayder bildirib ki, Redmi brendi Redmi K80 smartfonlarının prototiplərində 5500 mAh-a yaxın batareya həcmini, metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni və şüşə ilə əhatə olunmuş arxa paneli test edir. Bununla yanaşı insayder bildirib ki, Redmi K80 smartfonlarının prototipləri 2K keyfiyyətli yastı ekrana sahibdirlər. Qeyd etmək lazımdır ki, Redmi K80 smartfon seriyasının ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.
    Paylaş